Temperatur inversiyası
Temperatur inversiyası — hündürlüyə doğru qalxdıqca temperaturun artması.
İnversiyanı iki tipə ayırırlar:
bilavasitə yer səthində (inversiya qatının qalınlığı on metrlərlə) olan temperatur inversiyaları
boş atmosferdə (inversiya qatının qalınlığı yüz metrlərlə) olan temperatur inversiyaları
Temperatur inversiyası havanın vertikal yerdəyişməsinə mane olur və çiskin, duman, bulud və ilğımların yaranmasına imkan yaradır. İnversiya relyefin yerli xüsusiyyətlərindən çox asılıdır. Yer kürəsində ən böyük temperatur inversiyası qış dövründə Şərqi Sibir və Antarktidada müşahidə olunur.